Bakıda restoran yanıb

Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yer alıb.
Bildirilir ki, yanğın zamanı ümumi sahəsi 1500 m² olan üçmərtəbəli tikilinin (restoran kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində 150 m² sahədə əşyalar yanıb. Tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top