Sumqayıtda YDM-də yanğın: mağaza və avtomobil yanıb


Sumqayıt şəhərində yanacaq doldurma məntəqəsində (YDM) yanğın baş verib.

Hadisə 17-ci mikrorayon İsmət Qayıbov küçəsində qeydə alınıb. Yanğın YDM ərazisindəki avtomobil ehtiyat hissələri mağazasında baş verib.

Hadisə yerinə FHN-in 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və baş vermiş yanğın söndürülüb.Yanğın nəticəsində 50 kv/m sahədə bütün yanar konstruksiyalar və yaxınlıqda olan "Mercedes" markalı avtomobil qismən yanıb.

Yanğının qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb və yanacaq çənlərinə keçməsinə imkan verilməyib.//APA

DİGƏR XƏBƏRLƏR

Top