Dənizdə dalğaların hündürlüyü 7 metrə çatıb


Xəzər dənizində dalğaların hündürlüyü 7 metrə çatıb.

Yeniavaz.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft daşlarında 31 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 7 metr olub.

Sumqayıt, Bakı, Binə, Maştağa, Zabrat, Pirallahı, Naxçıvan, Ordubad, İsmayıllı, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Lənkaran, Neftçala, Şabran, Nabranda yağış, Xaltan, Qırız, Xınalıq və Şahdağda qar yağıb.

DİGƏR XƏBƏRLƏR

Top