Güclü külək Sabunçuda 200 evi qazsız qoydu - FOTOLAR


Sabunçu rayonu Bakıxanov qəsəbəsində irigövdəli ağac 100 mm diametrində qaz xəttinin üzərinə aşıb. “Azəriqaz” İstehsalat Birliyindən Yeniavaz.com-a daxil olan məlumata görə, ağacın aşmasına güclü külək səbəb olub. Sabunçu rayonu Ramana qəsəbəsi südcülük sovxozu yaşayış massivində daş hasar sayğaclara qoşulu bir neçə müxtəlif diametrli qaz xəttinin üzərinə aşıb. Hadisə nəticəsində M.Gəncəvi küçəsi 25 ünvanında yerləşən 8 beşmərtəbəli binada qaz təchizatı dayandırılıb. Bu hadisə 200 abonentin qaz teminatında fasilə yaranmasına səbəb olub. “Azəriqaz” İstehsalat Birliyinin əlaqədar qurumları bu fəsadların aradan qaldırılması üçün xüsusi rejimdə çalışır. 


 

DİGƏR XƏBƏRLƏR

Top