Bərdədə "Amminal" partlayıcı vasitə partlayıb - İki nəfər xəsarət alıb


Bərdə rayonunda baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.
Bərdə rayonunda “Amminal”partlayıcı vasitənin partlaması nəticəsində iki nəfər xəsarət alıb. Yeniavaz.com xəbər verir ki, hadisə rayonun Arabaçılar kəndində qeydə alınıb. “Amminal”partlayıcı vasitə Məmmədli Məhəmməd Elgiz oğlunun əlində ehtiyatsızlıqdan partlayıb. Nəticədə M.Məmmədli və onun həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Hər iki yaralı rayon xəstəxanasına yerləşdiriliblər.

Esmira Hidayətova,Bərdə.
 

DİGƏR XƏBƏRLƏR

Top