Qul ticarəti ilə məşğul olan qrup aşkarlanıb - Dəhşətli hadisənin VİDEOSU


BBC televiziyası Ərəb ölkələrində internet vasitəsilə qul ticarəti ilə məşğul olanları aşkarlayıb.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, araşdırmaçı jurnalistlər Küveytdə internet vasitəsilə qul ticarəti edən şəxslər barədə reportaj hazırlayıb. Aralarında azyaşlıların da olduğu dünyanın müxtəlif kasıb ölkələrindən gələn şəxslər yemək, geyim müqabilində əsrlər əvvəl olduğu kimi təmizlik edir, yemək bişirir və buna bənzər işlər görürlər. Müxtəlif saytlarda şəkilləri yayımlanan həmin şəxslər arasında Afrika ölkələrindən gələnlər çoxluq təşkil edir. Araşdırmaçılardan biri qul satışı ilə məşğul olan adama zəng edərək alıcı olduğunu söyləyir və aralarında belə bir dialoq keçir:
- Satın alacağım insan öz yaxınları və ailəsi ilə görüşmək və ya telefonla danışmaq istədikdə nə olacaq?
- Onların heç telefonu yoxdur. Təhsilsiz, biliksiz adamlardır. Bu barədə narahat olmağa ehtiyac yoxdur.
- Bəs həftədə və ya ayda neçə gün istirahət verməliyəm?
- İstirahatə ehtiyac yoxdur, o ancaq işləyəcək. Onu səhər saat 5-dən axşama qədər işlədə bilərsən.
- Bəs onun xarakteri haqqında məlumat ala bilərəm?
- Bəli. O (satacağı qulu nəzərdə tutur) sizdən heç nə tələb etməyəcək. Nəzakətli, gülərüzlüdür.
- Gəlib onu görə bilərik?
- Bəli, gəlib baxa bilərsiniz.
Sonrakı görüntülərdə hər iki araşdırmaçı qul satılan yerə gedərək evin xanımı ilə söhbət etməyə başlayırlar. Xanım, yanında oturan qadının Afrikadan gəldiyini, hər işi bacardığını söyləyərək alacılara tərifləməyə başlayır. Qandonduran hadisəyə qarşı hansısa tədbirin görülüb-görülməyəcəyi isə hələlik bilinmir.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top