Mingəçevirdə doğuş zamanı körpə xəsarət aldı - VİDEO


Mingəçevir şəhər xəstəxanasının doğuş şöbəsində daha bir körpə doğuş zamanı xəsarət alıb.
Bu barədə xəstənin həyat yoldaşı Xəyal Saadov Yeniavaz.com saytına müraciət edərək aidiyyatı qurumlardan kömək istəyir. Xəyal bildirir ki, həyat yoldaşı Günay İlham qızı 1 noyabr tarixdə xəstəxanaya doğuş üçün gətirilib:
"Həkimi Gülnarə Quliyeva bizdən 100 manat istədi. Bizim imkanımız olmadığına görə 50 manat verdik, yenə qane olmadı, üstünə 20 manat da qoyub 70 manat pul verdik. Uşaq da doğularkən körpücük sümüyünün qırığı ilə xəsarət alıb. Hal-hazırda uşağın gözündə, üzündə narahatçılıq var, vəziyyəti ağırdır. Uşaq dayanmadan ağlayır. Eşitiyimizə görə bu həkimin əlində bu ikinci uşaqdır ki, doğuş zamanı xəsarət  alır. Xahiş edirik bununla bağlı aidiyyatı qurumlar tədbir görsün. Həkimi axtarırıq tapmırıq, indi bizə deyirlər ki, həkim məzuniyyətə çıxıb".
Mingəçevir Xəstəxanasının baş kəkimi Eldar Kərimovla məsələ ilə əlaqə saxladıq. Həkim bildirdi ki, xəstə sahibi prokurorluq orqanlarına müraciət etsin.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top