Çində fövqəladə halların işçiləri binadan özünü atmaq istəyən gənci xilas edib.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, Çində bir nəfər gənc hündür binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyib.
Hadisə yerinə polis və təcili yardım maşınları çağırılıb. Polis gənci dəfələrlə fikrindən daşındırmağa çalışsa da buna nail ola bilməyib.
Bu vaxt onlar fərqli bir yola əl atıblar. Gizlicə 4-cü mərtəbəyə çıxan fövqəladə halların işçiləri yuxarıdan ehtiyatla gəncin olduğu mərtəbəyə enib və onu təpiklə vuraraq içəri atıb.
Məsul şəxslərin risklə həyata keçirdiyi bu əməliyyat alqışla qarşılanıb. Hadisə anbaan təhlükəsizlik kameraları tərəfindən qeyd edilib.
Ruslan Yusifov