Səhiyyəyə kim çox pul xərcləyir: Gürcüstan, Azərbaycan, yoxsa Ermənistan?


Xəbər verdiyimiz kimi, gələn ilin dövlət büdcəsi layihəsində səhiyyə xərcləri üçün 1 milyard 369 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Yeniavaz.com-un apardığı hesablama göstərir ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsində adambaşına düşən səhiyyə xərcləri 136 manat təşkil edir. Belə ki, Dövlət Statistika Komitəsinin bu ilin ilk yarısına olan məlumata görə Azərbaycan əhalisinin sayı 10 milyon 19,6 min nəfər olub. Mövcud məzənnə ilə (1$/1,7 AZN) hesabladığımız zaman adambaşına düşən səhiyyə xərcləri Azərbaycanda 80 dollara bərabər olur.
Müqayisə üçün qeyd edək ki, gələn ilin dövlət büdcəsi layihələrində adambaşına düşən səhiyyə xərcləri Gürcüstanda  Azərbaycandan çox, Ermənistanda isə bir qədər az olacaq.  
Məlumat üçün bildirək ki, Gürcüstanın gələn il üçün açıqlanan dövlət büdcəsi layihəsində səhiyyə üçün nəzərdə tutulan xərclər 1 milyard 118,5 milyon lari təşkil edəcək. Gürcüstan Dövlət Statistika İdarəsinin açıqladığı sonuncu məlumatda ölkə əhalisinin sayının 3 milyon 723,5 min nəfər göstərildiyini nəzərə alsaq, o zaman bu ölkədə adambaşına düşən səhiyyə xərcləri 300 lari təşkil edir. Mövcud məzənnə ilə (1$/2,96 GEL) hesabladığımız zaman isə bu rəqəm 101 dollara bərabər olacaq.
Ermənistanın dövlət büdcəsi layihəsində  səhiyyə xərcləri üçün 109 milyard dram vəsaitin ayrılması nəzərdə tutulub. Bu ölkənin Statistika Xidmətinin açıqladığı sonuncu məlumatda isə ölkə əhalisinin sayı 2 milyon 963,4 min nəfər olduğu qeyd olunub. Belə olan halda Ermənistanda adambaşına düşən səhiyyə xərcləri 36,8 min dram təşkil edir. Mövcud məzənnə ilə (1$/475 AMD) hesabladığımız zaman bu rəqəm 78 dollara bərabər olacaq.
 
Ölkələr
2020-ci ilin dövlət
büdcəsində
səhiyyə xərcləri
Əhalinin
sayı
(nəfər)
Adambaşına
düşən səhiyyə
xərcləri
Gürcüstan 378 milyon dollar
1 milyard 118,5 milyon lari
3 milyon 723,5 min 101 dollar
300 lari
Ermənistan 229 milyon dollar
109 milyard 14,6 milyon dram
2 milyon 963,4 min 78 dollar
36 800 dram
Azərbayacan 805 milyon dollar
1 milyard 369 milyon manat
10 milyon 19,6 min 80 dollar
136 manat

İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top