Təhqir edilərək videoya çəkilən gənclə bağlı açıqlama - RƏSMİ


Azərbaycanda yeniyetməyə sillə vurub, təhqir edən şəxs polis bölməsinə çağırılıb.

Yeniavaz.com xəbər verir ki, Daxili İşlər Nazirliyindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hadisə ilə bağlı həmin yeniyetmənin atası Bərdə rayon Polis Şöbəsinə müraciət edib.

Aparılan araşdırma zamanı yeniyetmənin öz qonşuluqlarında yaşayan ailə barədə qeyri-etik sözlər işlətdiyi müəyyiənləşib.

Həmin anı videoya çəkən şəxs də azyaşlını bu formada təhqir edib.

Hazırda faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top