Türkiyədə 27 nəfər yeməkdən zəhərləndi


Türkiyənin “ Kırıkkale”şəhərində yerləşən restoranların birində zəhərlənmə hadisəsi baş verib. 

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə  ilə bağlı aparılan araşdırmada 27 nəfərin günün fərqli saatlarında eyni  restoranda yemək yedikləri müəyyən olunub.

Belə ki, şəhərdə yerləşən müxtəlif xəstəxanalara ürək bulantısı, baş gicəllənməsi və qarın ağrısı şikayətləri ilə gələn cəmi 27 nəfər yedikləri yeməkdən zəhərləndiyi güman edilərək reanimasiyaya aparılıb.

Qeyd edək ki, 27 nəfərdən 9-nun vəziyyəti ağır olduğundan reanimasiyada saxlanılır.

Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top