Pediatrdan özəl klinikaya etiraz: "Vallah ağ elədiniz" - FOTO


"Bu lap ağ oldu ... Vallah ağ elədiniz .. bu qədər də yox..Uşağın adından onun özünə təyinat yazır....sona kimi baxın.." ana südü yetməsə filan süni qida"....
Araşdırdım.. "Vital" klinikasında neanotologiya şöbə müdiri olduğunu deyən olmadı. İki neanotoloq olduğunu bildirdilər : Xatirə Hacıyeva və Mətanət Kərimova . Və bu cür təlimat vərəqi hər doğan anaya verilir"
Yeniavaz.com xəbər verir ki, pediatr Aytən İsmayılzadə feysbuk profilində "Vital Klinika"da doğuş edən bir anaya verilən yaddaş vərəqini paylaşaraq etirazını dilə gətirib. Pediatr özəl klinikanın guya körpənin dilindən anaya "mənə nələr lazımdır" təlimatını cinayət adlandırıb:
"Niyə ??? Axı niyə .. sizin nə işinizə qalıb ki südü azalsa nə verəcək. Bunun üçün sahə həkimi var...Sahə həkimi də gözünü firmadan gələn pula diksə onda heç nə ..amma əksi də ola bilər. Sizə nə düşüb südü çatmayanda filan "smesi" ver deyirsiz və yazıb əlinə verirsiz. Faydalı məlumatlar bölümünə yerləşdirirsiz ki ana atmasın. Hər gün olmasa da hərdən görsün. Və bir gün "hər ehtimal alım evdə olsun" desinlər, sonra uşaq gecə ağlayanda ana "bəlkə doymur" deyib hazırlayıb versin . Beləcə istəyiniz həyata keçsin.
Doğum evində nəinki belə yaddaş vərəqi verilir, həm də hər doğulan körpəyə ilk olaraq birbaşa süni qida verilir.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyi qeyd edib ki ,Azərbaycanda ana südü ilə bəslənmə çox aşağı səviyyədədir. Niyə görəsən deyə soruşsalar bunu göstərin. Bu cür hallar davam etdikcə bundan da aşağı səviyyəyə düşəcək..
Bu yaddaş vərəqi isə mənə 14 gündür doğum edən bir ana tərəfindən təqdim edilib.
Aranızda "Vital" klinikasında doğum edəcək olan varsa bu cür təlimat vərəqini cırıb üstlərinə atmağınızı tövsiyə edərdim, əziz xanimlar.!
Paylaşın, bəlkə UNİCEF nümayəndəliyinə də çatdı.."Vital"ın özünə çatmağında bir məna görmürəm".

DİGƏR XƏBƏRLƏR

Top