Mübariz Mənsimov Oktay Gülalıyevin əməliyyatına yardım edəcək


İş adamı Mübariz Mənsimov avtomobil vurması nəticəsində ağır xəsarət alan hüquqmüdafiəçisi Oktay Gülalıyevə əməliyyat üçün yardım edəcəyini açıqlayıb. 
Yeniavaz.com xəbər verir ki, iş adamı bu barədə sosial şəbəkədə məlumat yayıb. M.Mənsimov bildirib ki, hər vətəndaşın sosial müdafiə haqqı olmalıdır: istər dövlətdə, istərsə də özəl şirkətdə çalışmasından asılı olmayaraq: ''Və belə hadisələrdə yardım kimlərdənsə deyil, sığorta şirkətindən istənməlidir. Bütün bunlara rəğmən, təbii ki, əlimdən gələn köməyi göstərməyə hazıram. Lakin bunu heç kim öz tərəfinə çəkməsin. Oqtay bəyin ailəsi ilə əlaqə yaradacaqlar və nəyə ehtiyacları olduqları ilə maraqlanacaqlar. Allah Oqtay bəyə yar və yardımcı olsun!''

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top