Yevlaxda yaylaqdan qayıdan qoyun sürüsünə canavarlar hücum edib


Hadisə rayonun Qazandağı deyilən ərazisində baş verib. Belə ki, Qoşqar dağının Yumurtalı bulaq nayihəsindəki yaylaqdan 600 baş  xırdabuynuzlu heyvan sürüsü geriyə Yevlaxın Tanrıqullar kəndinə aparılarkən sürü yırtıcıların hücumuna məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, Çoban Xaləddin Nağıyevin məlumata görə hadisə gecə saatlarında baş verib. Canavar hücumu nəticəsində yırtıcılar 4  baş xırdabuynuzlı heyvanı tam olaraq parçalayıb, 6 qoyunu isə ağır şəkildə yaralayıb.Yalnız sürünü  müşayət edən 12 baş itin müdaxiləsi və çobanların hay küyü nəticəsində  yırtıcıları ərazidən uzaqlaşdırmaq mümkün olub.
Esmira Hidayətova, Yevlax
 

DİGƏR XƏBƏRLƏR

Top