Rusiyanın Kemerovo vilayətinin Kisilyovsk şəhərinin keçmiş meri Sergey Lavrentyevin güllələndiyi anın görüntüləri yayılıb.
Yeniavaz.com “RİA novosti”yə istinadən xəbər verir ki, hadisə 31 oktyabr gecə yarısı baş verib.
Belə ki, təhlükəsizlik kameralarına düşən görüntülərdə 3 naməlum şəxsin sabiq merin evinin ərazisində fırlandıqları görünür. Bu zaman S.Lavrentyevin həyat yoldaşı həmin şəxsləri görüb və ərinə xəbər verib. Sabiq mer dərhal ov tüfəngini götürərək evdən çıxıb və nəticədə atışma yaranıb. Atşma nəticəsində sabiq mer oğrulardan birini yaralaya bilsə də özü də ciddi yaralanaraq ölüb.
Qaçan cinayətkarların axtarışları davam etdirilir.
Qeyd edək ki, S.Lavrentyev 16 il Kisilyovskun meri olub. Lakin o, postu öz istəyi ilə 2018-ci ilin noyabr ayında tərk edib.