Yeni icra başçısının İLK QƏRARI: Vətəndaş icra başçısı ilə istədiyi vaxt görüşəcək


Xaçmaz Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Elnur Rzayev vətəndaş qəbulu günlərini aradan qaldırıb.

Vətəndaş qəbulu günləri barədə olan qaydanın ləğv edilməsi rayon sakinlərini məmnun edib.

Qeyd edək ki, qəbul günlərinin ləğvindən sonra iş günlərində icra hakimiyyətinə gələn hər vətəndaş icra başçısı ilə istənilən vaxtda görüşə bilər.

Yeri gəlmişkən, bundan əvvəl icra başçısının vətəndaş qəbulu həftənin 5-ci günü təşkil edilirdi. (Konkret.az)

DİGƏR XƏBƏRLƏR

Top