Rusiyanın Həştərxan vilayətinin 124 yaşlı vətəndaşı Tanzilya Bisembəyova dünyasını dəyişib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, o Rusiya rekordlar kitabında dünyanın ən yaşlı insanı kimi qeyd olunub. 1896-ci ildə dünyaya gələn Bisimbəyova Birinci və İkinci dünya müharibəsinin şahidi olub. Ailəsi Tanzilya Bisimbəyovanın üzünömürlü olmasının səbəbinin aktiv həyat tərzi, sağlam qida olduğunu deyib.
Tanzilya Bisimbəyovanın doğum haqqında şəhadətnaməsi olmadığına görə onun adı “Ginnesin Rekordlar Kitabı”na daxil ola bilməyib.
Şəbnəm Zahir