İlan qadını boğaraq öldürdü


ABŞ-ın İndiana əyalətində ilan saxlayan qadın evində ölü olaraq tapılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İndiana əyalət polisi 36 yaşlı Laura Hurstü evində ölü halda tapıb. Belə ki, qadın evində 2.5 metr uzunluğunda ağ pitonun boynuna dolanmış vəziyyətdə tapılıb. İlkin ehtimallara görə, qadının ölməsinə səbəb ilanın onun boynuna dolanaraq boğması olub. 
Faktla bağlı araşdırma aparılır.
Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top