DİN Şabrandakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Şabran rayonundakı ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, oktyabrın 31-də saat 16 radələrində Şabran rayonunun Ağalı kəndi ərazisində rayon sakini Vasif İsmixanovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini Ş.Şirvanlının idarə etdiyi “Hyundai HD72” markalı yük avtomobilləri toqquşub.

Nəticədə V.İsmixanovun sərnişini olan arvadı Könül İsmixanova hadisə yerində, özü isə yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top