Vasif Məhərrəmli Xəzər TV-nin efirində dava saldı - VİDEO


Əməkdar artist Vasif Məhərrəmli Xəzər televiziyasında dava salıb.

Mühafizəçi Zaur Kamalın "5-də 5" proqramına gələn müğənnidən telefonu təhvil verdikdən sonra canlı yayıma qatılmasını tələb edib.

Məhərrəmli telefonu vermək istəməyib və səs-küy salıb. "Get gözətçiliyini et" deyə ucadan qışqıraraq etiraz edib. Nəticədə mühafizəçi ilə sənətçi arasında narazılıq yaranıb. 

Aparıcı onun bu hərəkətinə haqq qazandırmayıb və çəkilişə gələn hər kəsin telefonu mühafizəçiyə təhvil vermədən studiyaya daxil olmasının mümkünsüzlüyünü bildirib.

Sözügedən görüntüləri təqdim edirik:

 

(BAKU.WS)

DİGƏR XƏBƏRLƏR

Top