Bakıda yağışlı havada baş vermiş dəhşətli qəzalar – REAL VİDEO


Adətən yağışlı havalarda sürücülərə avtomobil idarə edərkən son dərəcə ehtiyatlı olmaları tövsiyə edilir. Buna səbəb isə yolların həddindən artıq sürüşkən olmasıdır. Bir çox hallarda sürücülər adi hava ilə yağışlı hava arasında fərq qoymadan avtomobil idarə edirlər. Bu da acı nəticələrə gətirib çıxarır.

Yeniavaz.com xəbər verir ki, Avtosfer.az-ın təqdim etdiyi videogörüntülərdə 3 qəza baş verir. Hər üç qəza demək olar ki, eyni yerdədir. Aeroport yolunda yüksək sürətlə hərəkət edən sürücülər qəfil əyləci basanda sürüşmə baş verir və avtomobil idarəetməni itirir. Müasir avtomobillərin çoxunda sürüşməyə qarşı funksiya var ki, istər yağışlı, istərsə də qarlı havada bir düyməni basmaqla sürüşmə faizini minimuma endirmək olur. Lakin bu heç də bütün avtomobillərdə olmur.

Odur ki, sürücülər son dərəcə diqqətli olmalı, sürət həddi, ara məsafəsinə önəm verməlidirlər. Mütəxəssislər bildirir ki, elə sürət seçmək lazımdır ki, ehtiyac olduğu zaman əyləc sistemindən istifadə edilməsin, avtomobilin sürəti bunsuz tənzimlənsin. Videoya baxandan sonra qəzaların necə baş verdiyini əyani olaraq görəcəksiniz.

DİGƏR XƏBƏRLƏR

Top