Təyyarə havada çatladı – dünyada 50 təyyarənin uçuşu ləğv edildi


ABŞ-ın “Boeing” aviasiya şirkətinin istehsalı olan təyyarə havada çatlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya mərkəzli Qantas aviasiya şirkətinə məxsus “Boeing 737 NG” tipli təyyarə havada çatlayaraq təcili eniş edib.
Bu barədə Qantas aviasiya şirkəti məlumat yayıb. Şirkət açıqlamada bildirib ki, təyyarədə çatın yaranması təhlükə yaradacaq hadisə deyil: “Bütün təyyarələr yoxlamadan keçdikdən sonra havaya qalxır. Yoxlamadan keçmədən heç bir təyyarə  havaya qalxa bilməz. Bu təhlükə yaradacaq hadisə deyil”.
Qeyd edək ki, “Boeing 737 NG” tipli təyyarədə çatın yaranması səbəbi ilə dünyada 50 eyni tipli təyyarənin uçuşu təxirə salınıb.
Xatırladaq ki, ABŞ-ın “Boeing” şirkətinin, martın 13-dən bugünə qədər 737 tipli iki təyyarəsi üst-üstə qəzaya uğrayıb. Nəticədə şirkət böyük zərər görmüş və 400-ə yaxın təyyarə uçuşu təxirə salınmışdı.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top