Mingəçevir Dövlət Rəsm Qalereyasında səyyar sərgi keçirilib - FOTOLAR


Sərgi Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə  həyata keçirilib.
“Yarat” Müasir İncəsənət Məkanının ictimayətlə əlaqələr departamentinin rəhbəri Hökümə Kərimova Yeniavaz.com saytına bildirib ki, “Yarat” Müasir İncəsənət Məkanı 2011 ci ildən Bakı şəhərində fəaliyyət göstərir: “İctimayyəti müasir incəsənətlə tanış edirik. Adı “yaratmaq” sözündən götürülən “YARAT” təşkilatının əsas fəaliyyətlərini sərgi proqramları, təhsil tədbirləri və festivallar təşkil edir.   Əsas məqsədimiz müasir incəsənəti ictimayyətə daha da yaxın etmək, onları müasir incəsənətin nə olması və nəyə xidmət etməsi haqqında məlumatlandırmaqdır. Ona görə də artıq bölgələrə üz tutmuşuq. Artıq 3 ildir ki, bizim səyyar sərgimiz həyata keçirilir. Mingəçevir şəhərində isə ilk dəfədir ki, bu konseptdə sərgi həyata keçiririk. Artıq 1 həftəyə yaxındır ki, Mingəçevirdəyik və fərqli-fərqli təlim layihələri həyata keçirmişik”.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top