Əbülfəz Elçibəyin təmir edilən evindən görüntülər - VİDEO


Eks prezident Əbülfəz Elçibəyin mərhum həyat yoldaşı Həlimə Əliyeva ölümündən əvvəl ölkəmizin Birinci Vitse Prezidenti Mehriban Əliyevaya yaşadıqları evin təmiri ilə bağlı müraciət etmişdi. Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən dərhal evdə təmir bərpa işləri həyata keçirilib. Bir neçə ay davam edən təmir işləri artıq yekunlaşıb. 

Birinci Vitse-Prezident Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin evi təmir edilib.
Ev 1998-ci ildə alınıb və eks prezident 2000-ci ilə qədər ailəsi ilə birlikdə məhz burda yaşayıb. Hətta evin həyətində Əbülfəz Elçibəyin həmin zamanlar istifadə etdiyi avtomobil hələ də saxlanılır.
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən ev iki mərtəbə və mansardan ibarətdir. Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirilib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə belə abadlaşdırılıb.
Qeyd edək ki, mərhum eks-prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci Vitse-Prezident Mehriban Əliyevaya evin təmiri ilə bağlı müraciət ünvanlayıb.
Elçibəyin oğlu Ərturqut Əliyev bildirib ki, evin təmiri ilə bağlı müraciət edərkən dövlətimizin onlara sahib çıxacağından və ümidsiz qoymayacağından əmin olublar. O, deyib ki, ümidlərimiz özünü doğrultdu. Hər şeyə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq.


(Xəzər Tv)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top