Etirazlar baş naziri istefaya məcbur etdi


İraqda hökumətə qarşı etirazların artması ölkənin baş nazirini istefa verməyə məcbur edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İraq prezidenti Berham Saleh ölkənin baş naziri Adil Abdulmehdinin istefa etdiyini açıqlayıb. İraq prezidenti həmçinin bildirib ki, yeni seçki qanunu qəbul edildiyi təqdirdə növbədənkanər seçkilərin keçiriləcəyinə icazə verəcək.
Qeyd edək ki, artıq bir həftədir ki, İraqda hökumətə qarşı etiraz aksiyası keçirilir. Minlərlə insanın qoşulduğu aksiyada 2 mindən çox insan yaralanıb, 100-dən çox insan isə dünyasını dəyişib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top