Lənkəranda elektrik problemi yaranıb - Yağışa görə

Havaların kəskin dəyişməsi nəticəsində cənub bölgəsində günün ikinci yarısında intensiv yağışlar səbəbindən Lənkəran şəhərinin mərkəzində 1-ci mikrorayon Zərifə Əliyeva küçəsi 78 ünvanında yerləşən 10,13,14 və 16-cı binalarda elektrik verilişində fasilələr yaranıb.

Rayonun Separadi kəndində də sakinlər işıqsız qalıb. “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsindən aldığımız məlumata görə, hazırda həmin ərazilərdə təmir və bərpa işləri aparılır.

Qeyd edək ki, hazırda qeyri-sabit hava şəraiti höküm sürür.//oxu.az

DİGƏR XƏBƏRLƏR

Top