"VAZ 2106" avtobusa çırpılıb - 4 yaralı


Bakının Sabunçu rayonunda minik avtomobili ilə avtobusun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü İbrahim Rəcəbov idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək qəsəbə ərazisində fəaliyyət göstərən 131 saylı marşrut avtobusuna çırpılıb. Nəticədə "VAZ 2106"-nın sürücüsü İ.Rəcəbov və sərnişinlər - 1996-cı il təvəllüdlü Həmidağa Babayev, 1997-ci il təvəllüdlü Mehdi Rəhimov və 1988-ci il təvəllüdlü İkram Rəcəbov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. İ.Rəcəbova dizin sınığı diaqnozu qoyulub. Digər yaralılara isə ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top