Rüfət Bədirov: 189-un "ayıq sürücü"sü 300 minlik maşınımı əzib - VİDEO


Ayıq sürücü - Bakıda getdikcə populyarlaşır, lakin qəza, vurulan avtomobillər və gözlənilməz xərclər bu xidmət ətrafında narazılıq yaradır. Azərbaycanda bu xidməti təşkil edən taksi xidmətlərinin hüquq və vəzifələrini müəyyən edən qanunvericilik yoxdur. Nəticədə müştərinin özü hər şeyi həll etmək məcburiyyətində qalır. 

Yeniavaz.com
BAKU.WS-ə istinadən xəbər verir ki, oxşar xoşagəlməz hadisələrdən biri "FACE Studio" gözəllik salonunun direktoru Rüfət Bədirovun başına gəlib. 

"189 kimi fırıldaq şirkət hələ görməmişəm! Bayaq 189-dan ayıq sürücü çağırdım. Oturdu maşına heç 1 dəqiqə keçmədi girdi səkiyə, maşının diski və təkərini cırıq-cırıq elədi. Zəng vurdum ora deyirəm bəs belə-belə oldu, rahatcasına cavab verirlər ki, biz heç bir məsuliyyət daşımırıq. Biz sadəcə zəngləri yönəldirik, gedin nə istəyirsiz edin.

Bununla 300.000 manatlıq maşını bax belə rahatcasına "stroy"dan çıxardılar və deyirlər ki, get nə isəyirsən elə bizlik deyil. İnşallah bir tədbir görəcəyəm bunlara qarşı sadəcə bunu yazıram ki, heç kəs mənim vəziyyətimə düşməsin bunları çağıraraq!", - deyə Rüfət Bədirov səhifəsində paylaşıb. 
 

"1news.az"ın məsələ ilə bağlı sorğusuna cavab olaraq "189 Taksi" xidməti cavab verib ki, "Ayıq sürücü" yalnız informasiya xidməti göstərir, yəni müştərilərdən sifariş alır və onları üçüncü şəxslərə yönəldir.

"Bu vəziyyətdə sürücülər şirkətin xidmət göstərmək üçün müqaviləsi olan fərdi vergi ödəyicisi kimi çıxış edirlər. Bu cür sifarişlər üçün sürücülərə sifarişin miqdarına uyğun miqdarda haqq ödənilir. Bu cür vəziyyətdə məsuliyyəti sürücü daşıyır", - deyə "189 Taxi" şirkətinin direktoru Samir Kərimov bildirib. 

Avtomobil eksperti Elməddin Muradlı hesab edir ki, yol nəqliyyat hadisəsi "Ayıq sürücü" ucbatından baş verirsə, bu halda yol polisi maşının sahibinə rəy verməlidir və qeyd olunmalıdır ki, qəzanın günahkarı sükan arxasında oturan şəxsdir: "Ayıq Sürücü" xidməti Azərbaycan üçün yeni olduğundan, qanunla heç bir şəkildə tənzimlənmir. Taksi xidmətləri bazarında fəaliyyət göstərən şirkətlər qiymətlərin aşağı salınmasının əsas mübarizə vasitəsi olduğu yüksək rəqabət şəraitində fəaliyyət göstərirlər. Ancaq bu, istər-istəməz xidmətlərin keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Aşağı qiymətləri qorumaq üçün, şirkətlər bəzən peşə tələblərinə tamamilə cavab verməyən insanları işə götürürlər. Bəzən elə olur ki, ayıq bir sürücü əvəzinə spirtli içki, narkotik maddə qəbul etmiş və ya sürücülük vəsiqəsi olmayan şəxslər gəlirlər. Yol nəqliyyat hadisəsi "Ayıq sürücü" ucbatından baş verirsə, bu halda yol polisi maşının sahibinə rəy verməlidir və qeyd olunmalıdır ki, qəzanın günahkarı sükan arxasında oturan şəxsdir".
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top