İsrail sabahdan etibarən bütün səfirliklərini yenidən açacaq.
Bu barədə İsrail Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Maliyyə Nazirliyi ilə problem üzündən bağlanmış diplomatik nümayəndəliklər noyabrın 1-dən əvvəlki fəaliyyətinə qayıdacaq.
Xatırladaq ki, Maliyyə Nazirliyinin diplomatların xərcləri ilə bağlı vergilərin geri alınması qərarından sonra səfirliklər bir çox ölkələrdə, o cümlədən Azərbaycanda tətil elan etmişdilər.//qafqazinfo