"Azərsu"dan Babək prospektində qazıntı işləri bağlı xəbərlərə MÜNASİBƏT


"Azərsu" ASC Babək prospektində qazıntı işlərinin aparılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Facebook" səhifəsində yazıb. A. Cəbrayıllı adıçəkilən prospektdə heç bir qazıntı-tikinti işləri nəzərdə tutulmadığını bildirib: "Bu gün sosial şəbəkələrdə, bəzi saytlarda, 90 FM - İctimai radioda Babək prospektində "Azərsu" ASC tərıfindən su xətlərinin çəkilməsi ilə əlaqədar prospektin yenidən qazılacağı barədə dəqiqləşdirilməmiş məlumat yayılıb. Rəsmi olaraq bildirirk ki, bu yalan məlumatdır və prospektdə yeni su xətlərinin tikintisi nəzərdə tutulmur".

DİGƏR XƏBƏRLƏR

Top