Şahmatda Azərbaycan millisi İsveçrəyə qalib gəlib, qadınlardan ibarət yığma məğlub olub

Şahmat üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti görüşünü başa vurub.

Yeniavaz.com “report”a istinadla xəbər verir ki, komanda VII turda meydan sahibi ilə üz-üzə gəlib və rəqibinə uduzub - 1:3. 

Yığma üzvlərindən Xanım Balacayeva və Türkan Məmmədyarova görüşlərini heç-heçə ilə bitirib. Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblərinə məğlub olublar. 7 turdan sonra yığmanın 9 xalı var.

Kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığması da Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti görüşünü başa vurub. 

“Report” xəbər verir ki, komanda VII turda İsveçrə kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib. Eltac Səfərli və Qədir Hüseynov rəqiblərini məğlub edib. Rauf Məmmədov uduzub, Şəhriyar Məmmədyarov isə görüşünü heç-heçə başa vurub. Qələbə nəticəsində Azərbaycan yığması 11-ci xalını qazanıb.

Qadınlardan ibarət milli komanda hazırda meydan sahibi Gürcüstanla qarşılaşır. Xanım Balacayeva rəqibi ilə xalları yarı bölüb, digər bütün qarşılaşmalar davam edir. 

Avropa çempionatı

VII tur, kişilər

Azərbaycan - İsveçrə - 2.5:1.5

Şəhriyar Məmmədyarov - Sebastyan Boqner - 0,5:0,5

Rauf Məmmədov - Yannik Pelletye - 0:1

Qədir Hüseynov - Niko Georgiadis - 1:0 

Eltac Səfərli - Oliver Kurmann - 1:0

Gürcüstan - Azərbaycan - 3:1

Nana Dzaqnidze - Günay Məmmədzadə - 1:0 

Lela Cavaxişvili - Xanım Balacayeva - 0,5:0,5

Bela Xotenaşvili - Gülnar Məmmədova - 1:0 

Meri Arabidze - Türkan Məmmədyarova - 0,5:0,5

DİGƏR XƏBƏRLƏR

Top