Paytaxtda marşrut avtobusu piyadanı vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə “Sədərək” ticarət mərkəzi yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Sərraf Asif idarə etdyi “DAEWOO” markalı, 10 TE 234 dövlət nömrə nişanlı 124 saylı xətt avtobusu ilə yolu keçən, 1996-cı il təvəllüdlü Amar Tağıyevi vurub. A.Tağıyev xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top