Azərbaycanda dövlət qurumu içməli su üçün 34 min manat ödəyəcək


"Aztelekom" MMC  "Universal Sales and Services" MMC-dən 34 min 150 manatlıq içməli su alacaq.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, "Universal Sales and Services" MMC "Aztelekom" MMC -nin elan etdiyi  tender müsabiqəsinin qalibi olub.
Məlumat üçün bildirək ki, "Universal Sales and Services" MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. "Şirin su" ticarət nişanı adı ilə içməli su satışını həyata keçirir.
Onu da qeyd edək ki, tender müsabiqəsinin nəticəsinin elan olunduğu rəsmi məlumatda "Universal Sales and Services" MMC-nin VÖEN-i səhv göstərilib. Belə ki, MMC-yə məxsus olduğu qeyd olunan VÖEN əslində "Azərbaycan Beynəlxalq Bankı"na məxsusdur.
İlkin Uğur
 

DİGƏR XƏBƏRLƏR

Top