Xaçmaz rayonuna yeni təyin olunan İcra başçısı kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Şəmsəddin Xanbabayev bu gün rayon İcra Hakimiyyətinin binasında iclas keçirərək işçilərlə vidalaşıb.
Prezidentin sərəncamına əsasən Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
1980-ci ildə anadan olan Elnur Rzayev Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin əmri ilə bu vəzifəyə  təyin edilib. O, bu təyinata qədər Gəncə “Asan xidmət”in rəhbəri vəzifəsində çalışıb.
Elnur Rzayev əslən Qərbi Azərbaycanın Aşağı Şorca kəndindəndir. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes üzrə menecment" ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə "İstehsal sistemlərinin idarəedilməsi" ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının  Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və Bələdiyyə  idarəetməsi" ixtisası üzrə təhsil alıb.
2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon  şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən  rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib.
Ailəlidir, 3 övladı var.
Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top