DİN FHN əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yaydı


Daxili İşlər Nazirliyi (DİN) ötən gün baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, oktyabrın 30-da saat 1 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini M.Kərimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Ülvi Vəliyevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Ü.Vəliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı olub. 

DİGƏR XƏBƏRLƏR

Top