Güllələnən Qabil Məmmədovun FOTOLARI - YENİLƏNİB


Ağstafa iki nəfərin güllələnməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.


Hadisəni 1989-cu il təvəllüdlü Sərxan Məmmədov törədib.

Belə ki, adı çəkilən şəxs idarə etdiyi "Mercedes" markalı avtomobillə kəndin çayxanasına gəkərək, ov tüfəngindən əmisi Qabil Məmmədova atəş açıb.

Bu zaman hadisə yerində olan Köçəsgər kənd sakini Yusif Əsər oğlu Əllacov da müxtəlif xəsarətlər alıb.

İlkin məlumatlara görə, hadisəyə səbəb S.Məmmədovla əmisi Qabil Məmmədov arasında bir gün öncə kənddə keçirilən toy məclisində yaranan anlaşılmazlıq olub.

İlkin məlumatlara görə, hadisədən bir gün öncə kənddə toy məclisi olub.

İçkili vəziyyətdə olan S.Məmmədova özünü yaxşı aparması üçün əmisi tərəfindən ona irad tutulub.

Bu gün isə S.Məmmədov əmisi ilə yarımçıq qalan söhbətini davam etdirmək qərarına gəlib.

Belə ki, o idarə etdiyi "Mercedes" markalı avtomobillə kəndin çayxanasına gəlib və ov tüfəngindən atəş açaraq əmisi və kənd sakinini yaralayıb.

Hazırda S.Məmmədovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarış tədbiləri davam etdirilir.

Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti orta-ağırdır. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.



(Baku.ws)
***14:55

Ağstafada silahlı insidenti törədən şəxsin kimliyi müəyyənləşib.

Bu, 1989-cu il təvəllüdlü Sərxan Məmmədovdur. Onun saxlanılması istiqamətində tədbirlər görülür.

***14.27

Ağstafada silahlı insident olub.

Hadisə rayonun Köçəsgər kəndinə qeydə alınıb. Kənd sakinləri, 1968-ci il təvəlüdlü Qabil Məmmədov və onun həmkəndlisi, 1959-cu il təvəllüdlü Yufis Ələcov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxandan yaralıların vəziyyətinin normal olduğu bildirilib.

Hadisənin torpaq üstündə Q.Məmmədovun qardaşı oğlu tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top