Tanınmış azərbaycanlı rejissor vəfat etdi

Tanınmış teatr rejissoru, Gəncə Dövlət Kukla teatrının yaradıcısı və keçmiş baş rejissoru Hilal Həsənov vəfat edib.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, ürək çatışmazlığından əziyyət çəkən 73 yaşlı rejissor Türkiyədə həyata gözlərini yumub.
Qeyd edək ki, Hilal Həsənov 1943-cü ilin sentyabrın 10-da Gəncədə dünyaya gəlib. 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub.
1979-cu ildən 1986-cı ilə kimi Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib, 1986-cı ildə Gəncə Dövlət Kukla Teatrını yaradaraq bu teatrın direktoru və baş rejissoru təyin olunub.
O, 1993-cü ildən Türkiyə Cümhuriyyətində rejissor olaraq fəaliyyət göstərirdi.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top