"Azərbaycanda bütün restoranlara satılacaq qədər nərə balığı yoxdur" - Nazir


"Restoranlarda nərə balığı adı ilə insanlara başqa ətin satılması halları mövcuddur".

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın: “O qədər nərə balığı yoxdur. Biz yediyimiz məhsula ehtiyatla yanaşmalıyıq. Digər balıq məhsulunun nərə balığı adı ilə verilməsi halları var. Vətəndaşlar bu məsələdə ehtiyatlı olmalıdır”.

Nazir əlavə edib ki, Azərbaycanda nərə balığının yetişdirilməsi istiqamətində işlər davam edir və ildən-ilə bu proses artır: “Bir zamandan sonra biz bunun müsbət nəticələrini görəcəyik”.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top