Ağciyər xərçəngi riskini azaldan qidalar - SİYAHI


ABŞ-ın Vanderbilt Tibb Mərkəzinin alimləri 14 milyon Amerika vətəndaşından alınan nümunələrlə ağciyər xərçənginin qarşısını ala biləcək məhsulları müəyyən ediblər.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, yoxlamalar nəticəsində ağciyər xərçənginə tutulma riski qatıq və lifli qida (əncir, fıstıq, qoz, portağal, bulqur, qarğıdalı, göy noxud, taxıl məhsulları, yulaf, mərcimək, badam, qabaq, ispanaq, kartof, banan, brokoli, avokado, nar, alma, lobya, armud, kök və.s) qəbul edənlərdə digərlərinə nisbətən 33 faiz az olub.
Buna səbəb kimi isə lifli qidaların və qatığın tərkibində olan maddələrin bağırsağı mikroblardan qoruduğu göstərilib.
Müayinələrdə siqaret çəkənlərdə ağciyər xərçəngi riskinin daha çox olduğu da qeyd edilib.
Şəbnəm Zahir

DİGƏR XƏBƏRLƏR

Top