BSU-da 20 Yanvar təşkilatçılarından birinin şərəfinə müsabiqə keçirildi


Bakı Slavyan Universitetinin bir qrup tələbəsinin Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində qalib olmaları sosial şəbəkələrdə ciddi tənqid edilib.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Y. Primakov Azərbaycan xalqının yaddaşında Qarabağ faciəsi və qanlı 20 Yanvar təcavüzünün  təşkilatçılarından biri kimi yadda qalıb. Həmin şəxsin xatirəsinə esse müsabiqəsi keçirilməsini isə bir sıra şəxslər cinayət adlandırıb. Belə ki, məsələ ilə bağlı Azərbaycan Xalq Hərəkatının liderlərindən olan Etibar Məmmədov,  eks-Müsavat başqanı İsa Qəmbər və Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu kəskin reaksiya veriblər və bunu 20 Yanvar şəhidlərimizə qarşı böyük hörmətsizlik kimi dəyərləndiriblər.

Qeyd edək ki, müsabiqədə Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri iştirak edib. Qalibləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mükafatlandırıb.

Universitetin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov bildirib ki, məsələdən xəbərdardırlar və bununla bağlı yaxın saatlarda açıqlama yayacaqlar.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top