Azərbaycanda yeni buraxılan gümüş 5 manatlıq neçəyədir? - ŞOK QİYMƏT


5 manatlıq metal pullar vətəndaşlar tərəfindən əsasən, suvenir kimi alınır.

Söhbət Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə tədavülə buraxılan 5 manatlıq metal puldan gedir. Sözügedən pul çıxarılandan insanları düşündürən məsələ həmin pullardan alış-verişdə istifadə edilib-edilməyəcəyidir. Bundan əlavə, onu neçəyə və haradan əldə etmək olar kimi suallar da yaranır ki, bu barədə Mərkəzi Bankdan xəbər verilib.
Bankdan yubiley məqsədli çıxarılan 5 manatlıqların əsasən, suvenir kimi vətəndaşlar tərəfindən alındığı bildirilib. Qeyd olunur ki, 31 qramdan artıq çəkisi olan gümüş 5 manatlıqları almaq istəyənlər Mərkəzi Bankın saytında Elektron Müraciətlər Xidmətinə daxil olaraq (https://contact.e-cbar.az/) əldə edə bilərlər. Respublika ərazisində nominal dəyəri 5 manat olan gümüş pulları əldə etmək istəyənlər 170 manat 25 qəpik ödəməlidir. BDU-nun yubiley pullarından ölkə ərazisində alış-veriş də etmək olar. Ancaq 170 manata alınmasına rəğmən alış-veriş zamanı həmin pulun dəyəri 5 manat təşkil edir. Vətəndaşlar həmin gümüş pulları əsasən suvenir kimi və ya kiməsə hədiyyə vermək məqsədilə alırlar. Bankdan bildirildi ki, BDU-nun yubileyi məqsədilə 500 ədəd gümüş pul çıxarılıb. Hazırda onların satışı davam edir. (Lent.az)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top