Azərbaycanda satılan ayı ətinin görüntüləri – VİDEO


Qəbələdə ayı əti satan şəxs tutulub. Onun idarə etdiyi avtomobildən 4 hissəyə bölünmüş ayı əti aşkar edilərək götürülüb. Özü barəsində isə rayon prokurorluğunda cinayət işi başlanıb.

Ayı əti satan şəxs tutulub.
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.''36-BL-273'' dövlət nömrə nişanlı avtomobilin sürücüsü Tikanlı kənd sakini Səyahət Şəfiyev saxlanılıb.
Sürücü satdığı ayı əti ilə birlikdə əraziyə gələn polis tərəfindən rayon prokurorluğuna aparılıb. Səyahət Şəfiyev barəsində cinayət işi başlanıb, istintaq aparılır. Onun həmin ayını özü və yaxud da başqa şəxslər tərəfindən ovlanması araşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyir ki, adı qırmızı kitaba düşən heyvanların ovlanması cinayətdir və bunu edənlər məsuliyyətə cəlb edilirlər.
Qeyd edək ki, adı qırmızı kitaba düşən heyvanları ovlayan şəxslərin iki ilədək azadlıqdan məhrum edilməsinəzərdə tutulur.

(Xəzər Tv)

DİGƏR XƏBƏRLƏR

Top