ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsində fərqlənmiş iti “mükafatlandırıb”
Yeniavaz.com xəbər verir ki, bununla bağlı kollajı Tramp özünün “Twitter” səhifəsində yayımlayıb.
Uydurulmuş ordendə rəmz kimi it pəncəsinin izi təsvir edilib.
“Amerika qəhrəmanı!” – Tramp şəkli belə şərh edib.
Daha əvvəl məlum olub ki, hərbi əməliyyatda iştirak etmiş iti “belçika ovçarkası” cinsinə aiddir. Əməliyyatda yaralanan heyvan hazırda xəstəxanada müalicə alır.
AMERICAN HERO! pic.twitter.com/XCCa2sGfsZ
— Donald J. Trump (@realDonaldTrump) 30 Ekim 2019