Bakıda bir avtomobil piyadanı, digəri motosikleti vurdu: yaralılar var


Bakıda iki yol nəqliyyat hadisəsi baş verib. 

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı 49 yaşlı kişi xəsarət alıb.

Hadisə metronun "20 Yanvar" stansiyasının yaxımlığında, 1 saylı Vərəm Dispanserinin qarşısında baş verib.

Minik avtomobili yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Məmmədov Mahir Tahir oğlu yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Bakının Binəqədi rayonunda isə iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.

Hadisə "Elite" ticarət mərkəzinin yaxınlığında baş verib.

99-TB-180 dövlət nömrə nişanlı "Renault" markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Əsədov Cavidan İlham oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hər iki faktla bağlı araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top