İstanbulda azərbaycanlı saxlanıldı, 1.5 milyonluq mal ələ keçirildi


İstanbulda qaçaqmalçılıqla məşğul olan azərbaycanlı saxlanılıb.

Türkiyə mətbuatı xəbər verir ki, polis daxil olan informasiya əsasında İstanbulun Kağıthane səmtində bir ünvana əməliyyat basqını edib.

Nəticədə nəsli kəsilməkdə olan heyvanların sümüklərindən düzəldilmiş müxtəlif əşyalar ələ keçirilib. Dünyada hər cür alışı-satışı qadağan edilmiş fil dişi və kərgədan buynuzundan düzəldilmiş təsbehlər, müxtəlif bəzək əşyaları ələ keçirilib.

Əməliyyatda 189 kərgədan buynuzu, fil dişi təsbeh, 75 ve 85 santimetr uzunluğunda 2 ədəd fil dişi, 50 santimetr uzunluğunda kərgədan buynuzu, 4 metr 60 santimetr piton ilanı derisi, 62 ədəd fil dişindən emal edilmiş obyektlər, 14 ədəd qanunla qorunan material ələ keçirilib. Ələ keçirilən əşyaların ümumi dəyəri 1.5 milyon lira (təxminən 500 min manat – red.) ərəfəsində dəyərləndirilib.

Sözügedən məhsulların əsasən Rusiya və Ukraynadan hava limanı vasitəsilə ölkəyə gətirildiyi bəlli olub. Məsələ ilə bağlı saxlanılan Azərbaycan vətəndaşı şəxs ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.//​virtualaz.org




 

DİGƏR XƏBƏRLƏR

Top