“WhatsApp” İsrail şirkətini məhkəməyə verir - SƏBƏB


"WhatsApp" İsrailin "NSO Group" şirkəti tərəfindən hazırlanmış "Pegasus" casus proqramının yaradıcılarını məhkəməyə verəcək. Bu haqda "Financial Times" nəşri yazıb.

 

Yeniavaz.com "ICTnews"a istinadən xəbər verir ki, məlumata görə, sözügedən proqramın köməyi ilə ən azı 100 jurnalist, dissident və hüquq müdafiəçisinin smartfonuna müdaxilə edilib.

 

"Pegasus" casus proqramının smartfona quraşdırılmasından qorunmaq mümkün deyil: hətta qəbul edilməmiş mesaj və zənglər qurğunu yoluxdurmağa imkan verir.

 

Bu halda cinayətkarlar qurğudakı bütün mesaj və elektron poçta giriş imkanı əldə edir və bütün danışıqları yaza bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top