Həbib - Ferqyuson döyüşünün vaxtı bəlli olub


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyusonun mümkün döyüşünün vaxtı açıqlanıb.

Bu barədə qurumun prezidenti Deyna Uayt məlumat verib. O, döyüşün gələn ilin martında keçirləcəyini bildirib. D.Uayt hazırda tərəflər arasında bəzi detalların razılaşdırılması prosesinin getdiyini vurğulayıb.

Qeyd edilir ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.//virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top