Ağstafada toyda qulluqçunu döydülər

Ağstafada toyda dava düşüb. 

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib. 

Belə ki, kənddə toy mərasimində qulluq edən, 1991-ci il təvəllüdlü Fərid Salıfov qonaqlardan biri ilə mübahisə edib. 

Nəticədə qısa müddətdə böyüyən mübahisə davaya çevrilib və Salıfov döyülüb. Ona şüşə ilə bir neçə dəfə zərbələr vurublar. 

Müxtəlif bədən xəsarətləri alan gənc Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.  

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələki məlum deyil.  

Faktla bağlı araşdırma aparılır. 

DİGƏR XƏBƏRLƏR

Top