Sabah bu rayonlarda qaz olmayacaq

Oktyabrın 31-də səhər saat 09:00-dan Biləsuvar, Ağstafa və Qax rayonlarının ərazisində qaz təminatında fasilə olacaq. 

Yeniavaz.com “Azəriqaz İB”dən verilən məlumata istinadən bildirir ki, buna səbəb qaz xətti üzərində quraşdırılmış qurğularının yerinin dəyişdirilməsi, yeni qaz tənzimləyicisinin quraşdırılması və aşkarlanan qaz sızmaları aradan qaldırılmasıdır.  

Bununla bağlı təmir işlərinin aparılmasına şərait yaradılması məqsədilə qeyd edilən rayonların bir hissəsində qaz təchizatında fasilələr müşahidə ediləcək. 

DİGƏR XƏBƏRLƏR

Top