"Azərsu" son 2 gündə bu şirkətlərə 15 milyon manatdan çox pul ayırıb - SİYAHI


"Azərsu" ASC son iki gün ərzində Bakı qəsəbələrində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına 15 milyon 397 min manatdan çox vəsait ayırıb.
Yeniavaz.com xəbər verir ki, "Azərsu" iki gün ərzində ümumilikdə 14 tender müqaviləsi imzalayıb:
-  "Sənaye tikinti" MMC ilə "Binəqədi rayonunun 28 may qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 789 min manat dəyərində müqavilə bağlanılıb.
-  "Araz-İnşaatçı" MMC ilə "Suraxanı rayonunun Əmircan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 987 min manat dəyərində müqavilə bağlanılıb.
-  "Araz-İnşaatçı" MMC ilə "Suraxanı rayonunun Bülbülə qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 987 min manat dəyərində müqavilə bağlanılıb.
-  "İ and R Construction" MMC  ilə "Pirallahı rayonunun Dübəndi qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 690 min 885,39 manat dəyərində müqavilə bağlanılıb.
-  "Mühəndis Tikinti Layihə" MMC  ilə "Zabrat qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 296 min 100 manat dəyərində müqavilə bağlanılıb.
-  "ArchiCO" MMC ilə "Ceyranbatan və Kür su təmizləyici qurğularında 11 ədəd nasos avadanlığının dəyişdirilməsi" barədə 3 milyon 948 min manat dəyərində müqavilə bağlanılıb.
-  "Protean Construction" ASC  ilə "Binəqədi qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 987 min manat dəyərində müqavilə bağlanılıb.
-  "Protean Construction" ASC  ilə "Biləcəri qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 789 min 600 manat dəyərində müqavilə bağlanılıb.
-  "Eren İnşaat Sanayi ve Ticaret Anonim şirketi"nin Azərbaycan Respublikasındakı filialı ilə "Şüvəlan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 2 milyon 270 min 100 manat dəyərində müqavilə bağlanılıb.
-  "Sənaye Tikinti-M" MMC  ilə "Abşeron rayonunun Pirəküşkül qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 296 min 100 manat dəyərində müqavilə bağlanılıb.
-  "Mühəndis Tikinti Layihə" MMC ilə  "Sabunçu qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 296 min 100 manat dəyərində müqavilə bağlanılıb.
-  "İ and R Construction" MMC ilə "Pirallahı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 986 min 839,58 manat dəyərində müqavilə bağlanılıb.
-  "Express Xim Servis" MMC ilə  “Maştağa qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” barədə 789 min 600 manat dəyərində müqavilə bağlanılıb.
-  "Arko Təmir Tikinti Şirkəti" MMC ilə  "Mərdəkan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 789 min 600 manat dəyərində müqavilə bağlanılıb.
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top